1986-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Dispanseri” Zığ qəsəbəsində yaradılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 14.06.2011-ci il tarixli 63 № əmrinə əsasən 14.06.2011-ci il tarixindən “Respublika Narkoloji Dispanseri” əsasında “Respublika Narkoloji Mərkəzi” yaradılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 20.12.2019-cu il tarixli 165№ qərarı ilə 20.12.2019-cu il tarixindən “Respublika Narkoloji Mərkəzi” əsasında “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi yaradılmışdır.

2018 ci ilin iyun ayında “Respublika Narkoloji Mərkəzi” üçün Maştağa qəsəbəsi ərazisində 4 korpusdan ibarət yeni tikilmiş və müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş mərkəz istifadəyə verilmişdir.