Ambulator reabilitasiya şöbəsində psixoterapiya otaqları, idman zalları, art terapiya otağı fəaliyyət göstərir. Burada həm stasionar şöbələrdə müalicə alan, həm də stasionar müalicəsini başa vurmuş pasientlərlə mərkəzin psixoloqları məşğul olurlar.
Mərkəzdə fəaliyyət göstərən Ambulator reabilitasiya şöbəsinə mərkəzdən evə yazıldıqdan sonra bir çox pasientlər qrup və fərdi terapiyalarda iştirak etmək üçün müraciət edirlər. Eyni zamanda mərkəzin psixoloqları pasientlərin yaxınları ilə də görüşlər təşkil edirlər. Onlara lazımı tövsiyyələrini verirlər. Reabilitasiya kursunun əsas məqsədi bu şəxslərin yenidən cəmiyyətə inteqrasiyası və onların yenidən ayıq həyat tərzinə adaptasiya edilməsidir. PAM asılılığı ilə mübarizə uzun müddət tələb edən bir prosesdir. Bu səbəblə asılılıqdan əziyyət çəkən pasientlərlə daha təmkinli olmaq, onları müəyyən mənada həyata stimullaşdırmaq, sosial durumlarını yaxşılaşdırmağa doğru yönələn addımlar atmaq lazımdır.