“Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi psixoaktiv maddələrdən asılı olan şəxslərin müalicə və reabilitasiyası məqsədi ilə, eyni zamanda regionlarda fəaliyyət göstərən narkoloji müəssisələrə təşkilati metodik yardım göstərmək məqsədi ilə yaradılmışdır. Mərkəzdə Qəbul şöbəsi, 350 çarpayılıq stasionar şöbələr – 4 kişi şöbəsi, 1 qadın şöbəsi; İxtisaslaşdırılmış şöbə, İntensiv terapiya şöbəsi, Ambulator reabilitasiya şöbəsi, kliniki və biokimyəvi laboratoriyalar, şüa diaqnostika kabinetləri və digər xüsusiləşdirlmiş tibbi yardım kabinetləri fəaliyyət göstərir. Sərxoşluğun digər hallarının ekspertizası 2 məntəqədə aparılır. Metodan (Opioidlərlə əvəzedici müalicə proqramı) kabinetləri 3 məntəqədə, məcburi ambulator narkoloji tibbi yoxlama komissiyası fəaliyyət göstərir.
Mərkəz öz fəaliyyətində Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikası Qanununa əsaslanır.