Müxtəlif psixoaktiv maddələrin birlikdə istifadə edilməsinin – Poliasılılığın tibbi və sosial nəticələri

Müxtəlif psixoaktiv maddələrin birlikdə istifadə edilməsinin – Poliasılılığın tibbi və sosial nəticələri

O.R.Cəfərov, P.P.Məmmədov, V.V.Feyziyev, M.A.Mustafayev

Медицинские и социальные последствия сочетанного употребления различных психоактивных веществ – Полизависимость

О.Р.Джафаров, П.П. Мамедов, В.В.Фейзиев, М.А.Мустафаев.

Medical and and social consequences of the combined use of various psychoactive substances – Polydependence

O.R.Jafarov, P.P.Mamedov, V.V.Feyziyev, M.A.Mustafayev

Azərbaycan Respubliklası Səhiyyə Nairliyi “Respublika Narkoloji Mərkəzi” publik    hüquqi şəxsi

Narkomaniya son 40 ilə yaxındır ki, dünyanı narahat edən bəlaya çevrilib. Çünki bu bəlanın təhlükəsi zaman keçdikcə aparılan mübarizə tədbirlərinə baxmayaraq, azalmaq əvəzinə kəskin surətdə öz dairəsini genişləndirir.

Əfsuslar olsun ki, bu problem bizim ölkədən də yan keçməyib. Son vaxtlar Azərbaycanda narkomaniyanın yayılmasında tendensiya müşahidə olunur və bu da ciddi təhlükədən xəbər verir. Rəsmi qeydiyyatda olan narkomanların (narkomanların qeyri-rəsmi sayı rəsmi saydan ən azı 10 dəfə artiq götürülür) sayının son 10 ildə artma tendensiyası bunu sübut edir (cədvəl 1)

Cədvəl 1

İllərNarkomanların ümumi sayıOnlardan qadınların sayı
201126176511
201227910528
201328376539
201428644553
201528555592
201629517612
201730131595
201831432626
201932921641
202033788618
2011-ci ilin 2020-ci ilə nisbəti (%)Artım 23% tışkil edirArtım 13% təşkil edir

Birinci cədvəldən göründüyü kimi ümumi narkomanların sayı 23%, o cümlədən qadın narkomanların sayı isə 13% artmışdır.

Rəsmi qeydiyyatda olan narkomanların arasında inyeksion narkotik istifadəçilərinin (İNİ) sayı son 5 ildə daha çox artmışdır (cədvəl 2) 

Cədvəl 2

İllərİnyeksion narkomanların sayı
201616116
201717146
201818170
201920189
202023446
2016-cı ilin 2020-ci ilə nisbət (%)Artan (artım)14,5% təşkil edir

İnyeksion Narkotik istifadəçilərinin virus mənşəli infeksion xəstəliklərə yoluxması da məlum səbəblərə görə böyük faiz təşkil edir. Belə ki, 2021-ci il yanvarın 1-nə rəsmi qeydiyyatda olan İİV daşıyıcılarının (7302 nəfər )  39,5 %-ni (2847 nəfər) inyeksion narkotik istifadəçiləri təşkil edir.  İnyeksion narkotik istifadəçilərinin 64,7%-i hepatit C və B-yə yoluxub.

2000-ci ilin əvvəllərindən bir çox Avropa ölkələrində (İspaniya, Fransa, İtaliya, Böyük Britaniya, Niderland) Poliasılılığın (iki və daha çox PAM-nin eyni zamanda və yaxud müəyyən ardıcıllıqla qəbulu və onları hamısına qarşı asılılıq əmələ gəlməsi nəticəsində əmələ gələn xəstəlik) yayılması haqqında məlumatlar verilməsi başlandı.

Avropada hal-hazırda polinarkomaniyanın ən çox yayılma modelinin mənzərəsi belədir: heroin kokainlə, kannabislə, stimulyatorla; kokainin alkoqol və ya stimulyatorlarla; heroinin metadonla və ya benzodiazepinlə birgə qəbulu.

Çox təəssüf ki, bu problem bizim ölkəmizdən də yan keçməyib. Azərbaycanda polinarkomaniyanın yayılmasında tendensiya 2010-cu ildən müşahidə olunur və bu da ciddi təhlükədən xəbər verir.  “Respublika Narkoloji Mərkəzi” publik hüqusi şəxsində son 5 ildə qeydiyyatda olan polinarkomanların sayının artma tendensiyası bunu sübut edir (cədvəl 3)

Cədvəl 3

İllərÜmumi polinarkomanların sayıKişiQadın
201623221814
201720919514
20181231185
2019908010
20202143205687

Cədvəldən göründüyü kimi 2016-cı ilə müqayisədə 2020-ci ildə polinarkomanların sayı 9 dəfə artmışdır.

Bu xəstələr arasında poliasılılığın yayılma modeli aşağıdakı kimidir:

  • Opioidlər – psixostimulyator – 65%
  • Opioid – psixostimulyator – həşiş – 7%
  • Opioid – psixostimulyator – sintetik ağrıkəsicilər(tramadol) – 2.5%
  • Opioid – psixostimulyator – antikonvulsant(preqabalin) – 1.5%
  • Opioid – metadon – psixostimulyator – 4%
  • Opioid – alkoqol – 6%
  • Alkoqol – həşiş – 2%

Poliasılılığın formalaşması səbəbləri müxtəlifdir: asılılığın yaranmasına səbəb olan narkotikin əldə olunmasının mümkünsüzlüyü; uzun müddət istifadə etdiyi narkotikdən gözlədiyi effektin olmaması, ilk vaxtlardan bir neçə psixoaktiv maddədən istifadə edilməsi.

Opioid və digər psixoaktiv maddələrdən birgə istifadə edənlər arasında 20-40 arası yaş qrupunda olanlar daha çox üstünlük təşkil edir.

Poliasılılıqlı xəstələrdə abstinensiya sindromunun formalaşması birgə qəbul olunan psixoaktiv maddələrin xarakterindən, birdəfəlik və sutkalıq qəbul etdiyi preparatın dozasından, qəbul edilmə yolundan asılıdır. Abstinensiya sindromu burda da tez formalaşır. Əsas psixoaktiv maddəsi opioid olan psixoasılılıqda abstinensiya sindromunun formalaşması çox sürətlə gedir (opioid – psixostimulyator və opioid – kokain). Belə xəstəliklər üçün yüksək proqridiyentlik xarakterikdir. Əks təsirə malik preparatların birgə qəbulu zamanı formalaşan abstinensiya sindromu poliform xaraktere malikdir.

Müxtəlif psixoaktiv maddələrin birgə qəbulu xəstəliyin kliniki şəklini dəyişir, əsas simptom və sindromların formalaşma tempinə təsir edir və bu da daha ağır tibbi, sosial nəticələrə gətirib çıxarır.

Məqalədə göstərilən məlumatları ümumiləşdirərək bele nəticəyə gəlmək olar ki, proqnoz polinarkomaniya zamanı qənaətbəxş deyil. Xəstəliyin bu formasında mononarkomaniyaya nisbətən qırıqlıqlar daha tez-tez əmələ gəlir. Remissiyalar qisamüddətli və davamsız olur. Polinarkomaniya xəstəliyi zamanı müalicəyə qarşı motivasiyanın olmaması, ağır psixi pozğunluqların olması, şəxsiyyət dəyişikliyi və intellektual enmə bu xəstəliyin proqnozunu daha da pisləşdirir.

Ədəbiyyat

  1. T.Ə.Qafarov, N.A.Əliyev, Z.N.Əliyev    Narkologiya(dərs vəsaiti) Bakı “Təbib” nəşriyyatı, 2017, səh. 161-164
  2. Наркология: Национальное рукаводство/под ред. Н.Н.Иванца, И.П.Анохиной, М.А.Виннковой – М. : ГЭОТАР – Медиа, 2008 – С. 428-436
  3. Рохлина М.Л Наркомании. Токсикомании. Психические расстройства и растройства поведения, связанные с употреблением психоактивных вешеств. – М. : Литтерра 210-255 С.
  4. European Drug Report 2015 Trends and Developments EMCDDA, Lisbon June 2015
  5. http://www.emcdda.europa.eu/publications/edz/trends-developments/2015

Axtar

+