ÜST tərəfindən müəyyən edilmiş aşağıdakı meyarlara cavab verən maddələr narkotik maddə hesab edilir:
1. Bu maddələr mərkəzi sinir sisteminə xüsusi təsir (sedativ, stimuləedici, hallüsinogen və s.) göstərir ki, bu da həmin maddələrin qeyri tibbi məqsədlər üçün istifadəsinə səbəb olur (tibbi meyar) ;
2. Maddələrin qeyri-tibbi məqsədlərlə istifadəsi çox geniş, əhatəli miqyas alır və bu da sosial əhəmiyyət kəsb edir (sosial meyar) ;
3. Maddə müəyyən olunmuş qaydada dövlət orqanları tərəfindən narkotik kimi tanınır və narkotik maddələr siyahısına daxil edilmişdir (hüquqi meyar). Əgər istifadə olunan maddə bu siyahıya daxil edilməyibsə, o narkotik maddə yox, toksik maddə adlanır.
Yeniyetmələrin psixoaktiv maddələrdən istifadə etməsinə təsir edən əsas həlledici səbəblər:
Dostlara, tanışlara oxşamaq, qrup yaşıdlarına uyğun olmaq arzusu
Alkoqolu və psixoaktiv maddələri qəbul etmiş dost tanışların təriflədikləri “xoş hissləri” sınaqdan keçirmək arzusu
Hər şeyi bilmək həvəsi, yeni ekstremal vəziyyətlərdə özünü sınaqdan keçirmək cəhdi
Qibtə etdiyi yaşca böyük PAM qəbul edən insanın mənfi təsiri
Hər şeyi unutmaq, rahatlaşmaq, gərginliyin və xoşagəlməz hissin aradan qaldırılması cəhdi
Açıq-açığına etiraz. Valideynlər tərəfindən daimi təzyiqə (“Belə et ki, yaxşı olasan”) etiraz olaraq “pis” olmaq arzusu. Bu, özünə diqqəti cəlb etmək üsulu ola bilər.
Asudə vaxtın çox olması, məsuliyyətsizlik və darıxma nəticəsində eksperimentlər.