Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev.
xəbərlər
Narkomaniya müalicəsinin ümumi prinsipləri
Narkomaniya xəstəliyinin müalicəsinin tam kursu dörd mərhələdən ibarətdir. Bunlardan birinci iki mərhələ spesifik tibbi xarakter daşıyır, sonrakı iki mərhələdə isə daha çox tərbiyəvi tədbirlər üstünlük təşkil edir.
Birinci mərhələ - qəbul olunmuş narkotik maddənin parçalanması nəticəsində yaranan zərərli maddələrinin orqanizmdən xaric olunması (detoksikasiya)...
Alkoqolizmin müalicəsi digər narkoloji xəstələrin müalicəsi üsulları kimi xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkim-narkoloq tərəfindən aparılır. Ev şəraitində müalicə olunan xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartasına daxil edilməlidir. Narkoloji xəstə barəsində fəal müalicə kursundan sonra aparılan sosial-psixoloji reabilitasiya kursu onun fərdi tələbatına uyğun olmalıdır.
Diqər xəbərlər
Psixoterapiya- insan psixikasına, o cümlədən bütün orqanizmə psixi faktorlarla təsir edən kompleks müalicə metoddur.
Psixoterapiyanın müalicə təcrübəsində tətbiqi və elmi cəhətdən öyrənilməsinin 230 ilə yaxın bir tarixi vardır. Lakin buna baxmayaraq bu mövzu ətrafında mübahisələr səngimir.